"Barselona" futbolçusu Aleks Sonqu yenə icarəyə verib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi yenidən "Vest Hem"ə göndərilib.
İngiltərə klubunun rəsmi saytından verilən məlumata görə, kamerunlu futbolçu 2015/2016 mövsümündə də icarə əsasında Premyer Liqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Kamerun millisinin üzvü 2012-ci ildə İngiltərə "Arsenal"ından ispan klubuna keçib.
Shares: