"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK-dan transfer etdiyi Fakundo Pereyra ilə bağlı problem üzə çıxıb. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu Yunanıstan təmsilçisi ilə keçiriləcək səfər matçında "qırmızı-qaralar"a kömək edə bilməyəcək.
Bu barədə məlumatı “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişində qonaq olan əyalət klubunu meneceri Səbuhi Səfiyarlı verib. O bildirib ki, icarəyə götürülən argentinalı forvard müqavilə şərtlərinə əsasən Bakıdakı matçda meydana çıxa bilsə də, səfərdəki qarşılaşmada oynamaq imkanından məhrum olacaq.