Uzun müddətdi ispaniyalı qapıçı David de Xeanın transferinə çalışan "Real" dünən bu keçidi həll etməyə çox yaxın idi. Futbolinfo.az xəbər verir ki, madridlilərin bu arzusu gözündə qalıb.
Belə ki, dünən "transfer pəncərəsi"nin bağlanmağına bir neçə saat qalmış artıq bu keçidin baş tutacağına heç kimdə şübhə yox idi. Pireney təmsilçisi ilə qolkiperin məxsus olduğu "Mançester Yunayted"ə bu keçidin qarşılığımda 40 milyon avro və qapıçısı Keylor Navası təklif etmişdi. Ancaq tərəflər razılaşsa da, bu izdivac qəribə səbəbdən alınmayıb. İnglis klubu qapıçıya aid lazımı sənədləri "transfer pəncərəsi"nin bağlanmasından 1 dəqiqə sonra göndərdiyinə görə bu keçid alınmayıb.
Madrid klubu bu gün İspaniya Futbol Federasiyasına problemin həllində kömək üçün müraciət edəcək. Məsələ ilə bağlı son qərarı bu gün UEFA verəcək.