Təlim-məşq toplanışı üçün Yevlaxda olan “Kəpəz” çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi hazırlıq planına uyğun keçirəcəyi yoxlama oyunu ilə bağlı dəyişiklik edib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, “sarı-göylər” sentyabrın 4-ü “Şəmkir”lə qarşılaşmalı olsa da, oyunun vaxtında dəyişiklik edilib. Birinci divizion təmsilçisinin xahişinə əsasən, matç bir gün tez baş tutacaq. Beləliklə, “Kəpəz” -“Şəmkir” görüşü sentyabrın 3-də saat 16:00-da Yevlax şəhər stadionunda reallaşacaq.