Topaz Premyer Liqasının 4-cü turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "kimyaçılar" bu matça doğma şəhərində hazırlaşır.
Aqil Məmmədovun komandasında heyətlə bağlı elə də ciddi itki yoxdu. Yalnız Tofiq Mikayılovla bağlı problem va. Yüngül zədəsi olann yarımmüdafiəçi məşqlərini fərdi şəkildə davam etdirir.
Qeyd edək ki, "Gənclik şəhəri" təmsilçisi yoxlama matçında da qüvvəsini sınayacaq. Sumqayıtlılar sabah saat 18:00-da doğma arenada 1-ci divizion təmsilçisi "Qaradağ-Lökbatan" ilə qarşılaşacaq.