Azərbaycan millisi Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu Bakıda Xorvatiya yığmasına qarşı keçirəcək. Futbolinfo.az xəbər verir ki, rəqib komandanın müdafiəçisi Deyan Lovren bu oyunla bağlı fikirlərini açıqlayıb.
“Liverpul”un (İngiltərə) üzvü qələbə üçün meydana çıxacaqlarını deyib:
“Azərbaycan və Norveçlə oyunda 3 xal qazanmaq bizə vacibdi. Buna görə də hər iki matçda meydana qələbə üçün çıxacağıq”. Azərbaycan millisi asan rəqib deyil. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Məğlubiyyət haqqında düşünmürük. Qələbə bizə vacibdi”.