"Qalatasaray" brazilyalı futbolçuları – Felipe Melo və Aleks Tellesi göndərib. Futbolinfo.az xəbər verir ki, hər iki oyunçu "İnter"lə anlaşıb.
Melo bundan sonra Milan təmsilçisinin şərəfini qoruyacaq və 32 yaşlı yarımmüdafiəçiyə görə İstanbul klubu 3.7 milyon avro qazanacaq. Onun həmyerlisi Telles isə mövsüm sonuna kimi "neradzurra"da icarə əsasında çıxış edəcək. İtalyanlar buna görə qarşı tərəfə 1.5 milyon avro ödəyəcək. Anlaşmaya əsasən A Seriyası təmsilçisi mövsüm sonunda 22 yaşlı müdafiəçini birdəfəlik transfer edə bilər. Lakin bunun üçün 8.5 milyon avro ödəməlidi.
Qeyd edək ki, sözügedən futbolçular İtaliya təmsilçisi baş məşqçisi Roberto Mançini 2013/14 mövsümündə "Qalatasaray"yı çalışdırıb.