Doğma şəhərdə hazırlıqlarını davam edən “Xəzər Lənkəran” növbəti məşqini keçirib. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” bu gün günün ikinci yarısında stadionun ehtiyat meydançada axşam məşqinə çıxıb. 
Milli komandaların düşərgələrində olan futbolçulardan başqa bütün heyətin qatıldığı hazırlıq prossesində zədəsini sağaltmaq üzrə olan Sadio Tounkara da iştirak edib. Qaradərili futbolçu artıq toplu çalışmalara başlayıb.  
Onu da əlavə edək ki, sabah “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama oyunu keçiriləcək. Qarşılaşma saat saat 11:00-da başlayacaq.
(12cioyuncu.info)
Shares: