Avropa Liqasının qrup mərhələsinə hazırlıqları davam etdirən "Qarabağ" növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi ispan futbolçu Mikel Markos Madera ilə razılıq əldə edib. 
Bu barədə məlumatı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib. Onun sözlərinə görə ispan futbolçu ilə 2 illik müqavilə imzalanacaq. 
Qeyd edək ki, Maderanın son klubu Hayfa "Makkabi"si olub. İspaniyanın "Real Oviedo" klubunu yetirməsi olan yarımmüdafiəçi peşəkar karyerasına “Sportinq”də (Xixon) başlayıb. Sonradan İngiltərənin “Birmingem” klubuna transfer olunub. 1 mövsümü burda keçirən Markos Yunanıstan AEK klubunda isə cəmi 6 ay çıxış edib. Ordan ayrıldıqdan sonra  3 il "Xetafe"nin Uğurları üçün çalışan futbolçu 54 oyunda 1 dəfə rəqib qapılarına yol tapıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp