Bu gün Avropanın ən yüksək reytinqli 32 ölkəsinin U-19 Liqasının çempionlarının mübarizə aparacağı UEFA Gənclər Liqasının püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, ilk dəfə bu formatda keçiriləcək yarışda Azərbaycanı "Rəvan” təmsil edir.
Püşkatmada əvvəl 16, ardınca isə növbəti mərhələdə üz-üzə gələcək 8 cütlük müəyyənləşib.
2014/2015-ci il mövsümündə AFFA-nın təşkil etdiyi U-19 Liqasının qalibi olmaqla, qitə miqyaslı turnirə vəsiqə qazanan "Rəvan” PFK ilk mərhələdə Moskva "Spartak”ı ilə görüşəcək. "Aslanlar” Rusiya təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə "Şalke” (Almaniya) – "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 2015/2016-ci il mövsümdən UEFA Gənclər Liqası yeni formatda keçiriləcək. Çempionlar Liqasının 32 komandası yenə də 8 qrupda mübarizə aparacaq. Digər şaxədə isə 32 komanda – Avropanın ən yüksək reytinqli 32 ölkəsinin U-19 Liqasının çempionları yarışacaqlar.
I mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də keçiriləcək. II mərhələnin görüşləri 3-4 və 24-25 noyabrda oynanılacaq. Bu mərhələnin 8 ən güclüsü Çempionlar Liqasının qrup mərhələsində 2-ci yeri tutanlarla pley-offda üz-üzə gələcək. Burada qalib gələn 8 komanda isə qrup birinciləri ilə 1/8 finalda qarşılaşacaqlar.
I mərhələ
Vilyareal (İspaniya) – Servett (İsveçrə)
APOEL (Kipr) – Felksut (Macarıstan)
Senitsa (Slovakiya) – Torino (İtaliya)
Rad (Serbiya) – Domjale (Sloveniya)
Reyms (Fransa) – Middlsbro (İngiltərə)
Elfsborq (İsveç) – Styarnan (İslandiya)
Brann (Norveç) – Anderlext (Belçika)
HİK (Finlandiya) – Seltik (Şotlandiya)
Şalke (Almaniya) – Ayaks (Hollandiya)
Pribram (Çexiya) – Zimbru (Moldova)
Zalsburq (Avstriya) – Jelezniçar (Bosniya və Herseqovina)
Saburtalo (Gürcüstan) – Midtyulland (Danimarka)
Aktobe (Qazaxıstan) – Beşiktaş (Türkiyə)
Spartak (Moskva, Rusiya) – Rəvan (Azərbaycan)
Minsk (Belarus) – Vitorul (Rumıniya)
Liteks (Bolqarıstan) – Legiya (Varşava, Polşa)
II mərhələ
APOEL (Kipr)/Felksut (Macarıstan) – HİK (Finlandiya)/Seltik (Şotlandiya)
Rad (Serbiya)/Domjale (Sloveniya) – Elfsborq (İsveç)/Styarnan (İslandiya)
Vilyareal (İspaniya)/Servett (İsveçrə) – Brann (Norveç)/Anderlext” (Belçika)
Reyms (Fransa)/Middlsbro (İngiltərə) – Senitsa (Slovakiya)/Torino (İtaliya)
Spartak (Moskva, Rusiya)/ Rəvan (Azərbaycan) – Şalke (Almaniya)/Ayaks (Hollandiya)
Aktobe (Qazaxıstan)/Beşiktaş (Türkiyə) – Zalsburq (Avstriya)/Jelezniçar (Bosniya və Herseqovina)
Saburtalo (Gürcüstan)/Midtyulland (Danimarka) – Liteks (Bolqarıstan)/Legiya (Varşava, Polşa)
Pribram (Çexiya)/Zimbru (Moldova) – Minsk (Belarus)/Vitorul (Rumıniya)
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp