Makedoniyalı futbolçu Vladimir Dimitrovskini transfer etmək istəyən “Qarabağ”ın bu arzusu reallaşmayıb. Futbolinfo.az xəbər verir ki, mərkəz müdafiəçisinin transferinə hazırki klubu – Yunanıstan təmsilçisi “Kerkyra”nın transfer vərəqəsini gecikdirməsi səbəb olub. 
Saytımıza açıqlamasında yunan klubunun prezidenti Giorgos Zarkadas məsələyə belə aydınlıq gətirdi: 
“Əslində bu transferə vaxt məsələsi mane oldu. “Qarabağ”la razılıq əldə etdikdən sonra Vladimirin sənədlərini hazırlamağa başladıq. Burada Yunanıstan Futbol Federasiyasının heç bir günahı yoxdu. Çünki onlar lazım olan bütün sənədləri verdilər. Sadəcə Azərbaycanla Yunanıstan arasında saat fərqi var. Sədləri göndərmək istəyirdik ki, bizə dedilər Azərbaycanda “transfer pəncərəsi” bağlandı. Burda isə hələ 2 saat var idi. Bax problem belə meydana gəldi. Məcbur şəkildə Dimitrovski ən azı növbəti 6 ayı bizim komandada keçirəcək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp