"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem"də gözlənilməz ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mənbədə bildirilir ki, bu ilin yanvarından icarə əsasənda digər İngiltərə təmsilçisi "Everton"da çıxış edən Aaron Lennonla yollar tam olaraq ayrılıb. Sözügedən klub Lennonla 3 illik müqaviləyə imza atıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp