Bu gün “Neftçi”nin Müşahidə Şurasının (MŞ) iclası keçiriləcək. Bu barədə məlumatı futbolinfo.az-a Mətbuat və İctimaiyyətlə Əlaqalər Departamentinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Mehman Rəsulov verib.
Klub təmsilçisinin sözlərinə görə, MŞ-nin bütün üzvləri bugünkü iclas barədə məlumatlandırılıb: “Əvvəlki iclaslarda da müəyyən səbəblər üzündən bəzi üzvlər yığıncaqda iştirak etməyib. İndi də istisna etmirik ki, kimlərsə olmasın. Bu, ölkə xaricində olmaları, yaxud səhhətlərində hansısa problemin olması ilə əlaqədar ola bilər. Yalnız iclas başa çatdıqdan sonra Müşahidə Şurasının hansı üzvlərinin iştirak etməsi barədə dəqiq məlumat verəcəyik”.
Klub sözçüsü tədbirin başlama saatı barədə dəqiq məlumat vermədi: “İclas axşam saatlarında keçiriləcək. Yekunlaşdıqdan sonra geniş məlumat verə biləcəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp