Avqustun 28-də məşqlərə Bakıda başlayan “Kəpəz” artıq Yevlaxdadı. Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” avqustun 31-dən sentyabrın 4-nə kimi Yevlaxda 5 günlük təlim-məşq toplanışında olacaq.
Toplanış müddətində Şahin Diniyevin yetirmələri gündə iki dəfə məşqə çıxacaq. Bu arada, əsas komandaya əvəzedici heyətdən dörd futbolçu cəlb olunub. Bunlar qapıçı Ülvi Quliyev, yarımmüdafiəçilər Rəhman Allahverdiyev, Əli Səmədov və Sahib Abbasovdur. Adı çəkilən futbolçular sentyabrın 5-nə kimi əsas komandanın düşərgəsində qalacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp