Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və “Qəbələ”nin qarşısına müəyyən vəzifələr qoyan UEFA hər iki klubun mətbuat katiblərini Nyona dəvət edib. Futbolinfo.az xəbər verir ki, Avropanın ali futbol qurumu Nurlan İbrahimov və Anar Hacıyevi sentyabrın 3-nə dəvət edib.
 
Məsələylə bağlı hər iki klubun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin Hacıyevə zəng çatmadı. “Qarabağ”ın sözçüsü isə məlumatı təsdiqlədi: “Qrup mərhələsinə çıxan komandaların mətbuat xidmətləinin rəhbərlərini dəvət ediblər. Bizimlə keçiriləcək iclasın mövzusu qarşılaşmalar zamanı KİV-lərlə əməkdaşlıq olacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp