Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə eyni qrupda yer alan PAOK heyətini güləndirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, Yunanıstan təmsilçisi bolqarıstanlı məşhur futbolçu Dimitar Berbatovu transfer edib. 
34 yaşlı hücumçu ilə növbəti mövsümün sonunadək müqavilə bağlanılıb. O, yeni klubunda 10 nömrəli formada çıxış edəcək.  
Qeyd edək ki, Berbatov son mövsümü "Qarabağ"ın AL-in qrup mərhələsindəki rəqibi Fransanın "Monako" klubunda çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp