Sabah Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, rəqibin ulduz futbolçusu Luka Modriç bu qarşılaşma ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib. 
Yarımmüdafiəçi yığmamızla oyunun çətin keçəcəyini bildirib: “Osiyekdə Azərbaycan millisinə 6:0 qalib gəlmişdik. Amma bu dəfə hər şey fərqli olacaq. Bizi daha çətin görüş gözləyir. Amma komandamıza güvənirəm. Ümid edirəm ki, biz Bakıda qalib gələ biləcəyik. Azərbaycanla və Norveçlə oyunda 4 xala razı ola bilərik. Amma 6 xal super olar. Rəqib komandanın baş məşqçisi Robert Prosineçki mükəmməl insan və əla məşqçidir. O, bizi çox yaxşı tanıyır. Amma bu onların qalib gələcəyi demək deyil. Son iki oyunda Azərbaycan yığması yaxşı çıxış edib. Biz isə bütün bunlara baxmayaraq, qələbə istəyirik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp