“Neftçi”nin ev oyunları üçün satışa çıxardığı abonementlər “28 Mall”da sahiblərinə qovuşur. Bu barədə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Mehman Rəsulov futbolinfo.az-a açıqlamasında məlumat verib.
Klub rəsmisi indiyədək neçə kartın satılmasına da aydınlıq gətirib: “Hələ ki, ümumilikdə 37 abonement satmışıq. Bunlardan 29 ədədi “Neftçi Kart”, 5 ədədi “Neftçi VİP” və 3 ədədi “Neftçi Elit”di.
Abonementlərin üstünlükləri barədə məlumat verən Rəsulov, fanatların rahatlığını nəzərə aldıqlarını bildirib: “Abonement sahibləri 2016-cı ilin avqust ayının sonunadək komandamızın bütün ev oyunlarını tribunadan izləyə biləcək. Bura tək çempionat və kubok oyunları deyil, avrokuboklara vəsiqə əldə edəcəyimiz təqdirdə, bu yarışın matçları da daxil ediləcək. Eyni zamanda, hər bir abonement sahibinin biletinin üzərində mövsüm ərzində oyunu izləyəcəyi dəqiq yer göstərilib. Hətta anşlaq olacağı təqdirdə, abonement sahibləri rahatlıqla yerlərini tuta biləcəklər”.
Beləliklə, “ağ-qaralar” “Neftçi Kart”dan (bir ədədinin qiyməti 19,37 AZN) 561, 73 AZN, “Neftçi VİP”-dən (bir ədədinin qiyməti 193,7 AZN) 968,5 AZN, “Neftçi Elit”dən (bir ədədinin qiyməti 1937 AZN)5811 AZN əldə ediblər. Bu sahədə ilk addımlarını atan klubun kassasına daxil olan ümumi vəsait 7341, 23 AZN təşkil edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp