Sabah Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, rəqibin ulduz futbolçusu Mateo Kovaçiç bu qarşılaşma ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib. 
Madrid “Real”ının üzvü yığmamızla oyuna qələbə üçün çıxacaqlarını bildirib:
“Azərbaycana səfər çox maraqlı olacaq. İnanıram ki, azarkeşlər də maraqlı oyuna şahidlik edəcəklər. Çalışacağıq ki, qələbə qazanaq. Heç bir problemə baxmayaraq 3 xal üçün meydana çıxacağıq. Ancaq qələbə haqda düşündürük”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp