Sabah Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, rəqibin ulduz futbolçusu İvan Perisiç bu qarşılaşma ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib. 
26 yaşlı yarımmüdafiəçi Azərbaycan və Norveçə qarşı keçirəcəkləri matçların asan olmayacağını bildirib: "Qarşıdakı iki görüşümüz asan olmayacaq. Bu iki görüşdən 6 xal gözləyirik. Azərbaycanla oyundakı nəticə Norveçlə matçımıza da təsir edəcək. Robert Prosineçkinin komandası ilə görüşmək də maraqlı olacaq. Onun komandası addım-addım irəliləyir. Bizimlə görüşdən sonra ona bütün oyunlarda uğurlar arzu edirəm. Bildiyimə görə oyunun keçiriləcəyi stadionun (“Bakcell Arena”) qazonu yaxşı vəziyyətdə deyil. Həmçinin, Azərbaycanda havalar çox istidi. Bütün bunlar problem olsa da, qalib gəlmək istəyirik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp