"Milan"ın vitse-prezidenti Adriano Qalliani açıqlama verib. Futbolinfo.az xəbər verir ki, İtaliya təmsilçisinin rəsmisi komandanın köhnə-yeni futbolçusu Mario Balotelli haqqında fikirlərini bildirib. 
O, 25 yaşlı hücumçunun əvvəlki vaxtlarına nisbətən irəliləyişlər olduğunu bildirib. Qalliani forvardın məşqlərə hamıdan tez gəlib, hamıdan gec getdiyini deyib. İdarəçi həmçinin, fikrinə "Balotelli də "Milan"ın onun üçün son şans olduğunu anlayır" sözlərini də əlavə edib. 
Qeyd edək ki, İtaliya millsinin üzvü daha öncə də "qırımız-qaralar"ın şərəfini qoruyub. O, əvvələr çıxış etdiyi klublarda oyunundan çox meydandankənar qalmaqalları ilə yadda qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp