Sabah Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün rəqib komandanın baş məşqçisi Niko Kovaç matçın keçiriləcəyi "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb:
– Sabahkı oyunu Robert Prosineçki – Niko Kovaç dueli kimi qələmə vermək olarmı?
– Xeyr, biz komanda yoldaşı olmuşuq. Sabah 1 xorvat futbolçu azərbaycanlı futbolçuya qarşı oynayacaq. 
– Berti Foqtsun gedişindən sonra millimizdə dəyişikliklər olduğunu demişdiniz. Hansı dəyişikliklər olub?
– Milliniz indi müdafiədə daha sıx və nizam-intizamlı oynayır. Top saxlayıb, kor-koranə hücum atılmır. Sabah bizim üçün çətin olacaq. Son 2 oyunda məğlub olmamağınız futbolçulara özünəinam artırır. Sabah hər şey bizim necə oynamağımızdan asəılıdı.
– Sabahkı oyunda xal itirsəniz, bunu normal nəticə kimi qəbul edəcəksinizmi?
– Həmişə optimist olmuşam. Komandam bilir ki, sabahkı oyundan çox şey asılıdır.Sabah qələbə qazansaq, vəsiqəni təmin edə bilərik. 
 
– 3 və daha artıq qol vurmq imkanınız olsa, bunu edərsinizmi?
– Xeyr, üçdən çox qol vursaq, deyəcəm, yenə də vursular. Hər bir oyuna ilk dəqiqədən son dəqiqəyə kimi qol vurmağa çalışacağıq.
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp