Türkiyə yığması Avropa Çempionatının seçmə oyunları çərçivəsində Latviyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, sabah keçiriləcək bu qarşılaşma "ay-ulduzlular" üçün əlamətdar hadisə ilə yadda qala bilər. 
 
Belə ki, Fatih Terimin yetirmələrinin vuracağı ilk qol yubiley olacaq. Belə ki, qardaş ölkə komandası Latviya ilə oyunda rəqib qapının torunu silkələyə bilsə, bu, onların tarixində 700-cü qol olacaq. 
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə millisi 8 xalla 4-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp