Sabah Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün milli komandamızın kapitanı Rәşad Sadıqov matçın keçiriləcəyi "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb:
"Rәqibin gücünü bilirik. Çox yaxşı komandadı vә heyәtlәrindә uduzlar var. Amma onlara qarşı layiqli müqavimәt göstәrmәyә çalışacağıq. Öncә rәqibә qarşı ehetiyatlı olmalıyıq. Təxribata getmәməliyik. Çünki bu, bizә baha başa gәlәr. İlk oyunda onlara  0:6 uduzmuşuq. Rәqibin heyәtindә dә təxribata gedәnlәr var".
"Hamı Azәrbaycan millisinin gücünü Robert Prosineçkidә görürlәr. Buna münasibәtin necәdir?" sualına təcrübəli müdafiəçi belə cavab verib: "Müasir futbolda baş mәşqçi önәmli rol oynayır. Ona görә dә bu, düzgün fikirdi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp