Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə növbəti yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, "ABU Arena"da keçirilmiş oyunda seçməmiz 2:1 hesabı ilə qalib gəlib. 
Komandamızın hər iki qolunu Rafael Durval vurub.
Xatırladaq ki, bu komandalar arasında avqustun 31-də keçirilmiş oyun millimizin 5:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp