Ardıcıl ikinci dəfə Avropa Liqasına vəsiqə qazanan "Qarabağ" sifariş ərizəsini UEFA-ya təqdim edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun siyahısında 25 futbolçunun adı qeyd olunub. 
Baş məşqçi Qurban Qurbanov son iki transferi Migel Markos Medera və Samuel Armenterosun adı da iştirak ərizəsinə daxil edilib. Komandanın vitse-kapitanı Namiq Yusifovun adı isə həmin siyahıda yer almayıb.
Qapıçılar: Fərhad Vəliyev, İbrahim Şehiç, Halit Oğuzhan
 
Müdafiçilər: Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Azər Salahlı, Ansi Aqolli, Elvin Yunuszadə, Bədavi Hüseynov,
 
Yarımmüdafiəçilər: Vüqar Mustafayev. Migel Markos Madera, Dani Kintana, Elvin Məmmədov, İlqar Qurbanov, Riçard Almeyda, Əfran İsmayılov, Eltun Turabov, Alharbi El Jadeyaoui, Çumbinyo, Cavid Tağıyev, Coşqun Diniyev
 
Hücumçular: Reynaldo, Samuel Armenteros, Raydell Pupon
Qeyd edək ki, "Qarabağ" makedoniyalı Vladimir Dimitrovskini də transfer etməyə çox yaxın idi. Görünür, futbolçu problemlərini vaxtında həll edə bilmədiyi üçün Ağdam klubuna keçidi yubanıb. Buna görə də, onun adı UEFA-ya təqdim olunan iştirak ərizəsinə daxil edilməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp