Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən AZAL yoxlama matçı keçirib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi ötən gün "AZAL Arena"da 1-ci divizion təmsilçi "Şahdağ"la üz-üzə gəlib.
Tərlan Əhmədovun komandası sonuncu dəqiqələrdə vurduğu qolla rəqibi 1:0 hesabı ilə məğlub edib. 
Xatırladaq ki, Bakı klubu bundan əvvəlki yoxlama görüşündə "Şərurspor"u 4:0 hesabı ilə üstələmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp