Yeni mövsümdən I divizionda çıxış edəcək “Bakı” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar" ötən gün yoxlama oyununda qüvvəsini sınayıb. 
Paytaxt təmsilçisi eyni liqada çıxış edəcəyi MOİK-lə üz-üzə gəlib. Görüş "Bakı"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu Umar Akmurzayev vurub.
"Bakı"nın start heyəti: Elxan Əhmədov, Rəvan Kərimov, Müşviq İlyasov, Tural Adığözəlov, Nicat Əsgərov, Habil Nurəhmədov, Emil Sultanlı, Umar Akmurzayev, Kamil Nurəhmədov, Valeh Seyidov, Yusup Hakimov 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp