Bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanovun “Xəzər Lənkəran”dan FİFA-ya şikayət etdiyini xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, futbolçu ali futbol qurumuna müraciət edərək, Lənkəran təmsilçisindən ödənilməyən son 2 ayın maaşını istəyib. 
Artıq FİFA bu məsələyə baxıb və qərarını verib. Belə ki, ali futbol qurumunun qərarına görə “ağ-yaşıllar” bolqar yarımmüdafiəçiyə 200 min dollar pul ödəməlidirlər. 
Bu barədə məlumatı saytımıza İvanovun vəkili Radostin Vasiliyev verib: “Biz FİFA-da qalib gəldik. “Xəzər Lənkəran” bizə 200 min dollar pul ödəməlidi. Bu məbləğ sentyabrın sonuna kimi ödənilməlidi. Əks halda, onları daha böyük cəzalar gözləyir”.
 
Əgər Lənkəran klubu bu məbləği ödəməsə, FİFA onların hesabından xal siləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp