AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Polşa və Şotlandiya ilə qarşılaşacaq Almaniya yığması itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, yığmamın aparıcı üzvlərindən olan Marko Roys sıradan çıxıb.
Yerli mətbuatın yazdığına görə, Dortmund “Borussiya”sının futbolçusu məşqdə xəsarət alıb. Hazırlıq zamanı ayaq barmağından zədə alan 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bu oyunlarda komandasına kömək edə bilməyəcək. 
Qeyd edək ki, almanlar Polşa ilə sabah, şotlandlarla isə sentyabrın 7-də qarşılaşacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp