Avropa Liqasının qrup mərhələsində oynayacaq "Qəbələ" kimi rəqibləri də iştirak ərizələrini UEFA-ya təqdim edib. C qrupunda yarışacaq komandaların quruma təqdim etdiyi siyahılarda maraqlı adlar var.
Qrupun əsas favoriti sayılan Dortmund "Borussiya"sı iştirak ərizəsinə 29 futbolçunun adını daxil edib. "Sarı-qaralar"ın heyətindəki oyunçulardan 11-i legionerdi. Maraqlıdı ki, bu futbolçuların hər biri müxtəlif ölkə nümayəndələridi.
Almaniya təmsilçisinin adlarını UEFA-ya təqdim etdiyi futbolçulardan Park Çu Ho, Qonsalo Kastro, Yulian Vayl və Roman Bürkini bu mövsüm transfer edib. Bundan başqa, Adnan Yanuzay İngiltərənin "Mançester Yunayted" klubundan 1 illik icarəyə götürülüb. Ötən mövsümü icarə əsasında başqa klublarda çıxış edən Yonas Hofman və Moriç Lyatner yenidən doğma komandasına qayıdıb.
Bu mövsüm komandadan 12 futbolçu ayrılıb. Sebastyan Kel karyerasını bitirbsə, Çiro İmmobile icarə əsasında İspaniyanın "Sevilya" klubunda çıxış edir. Digər 9 futbolçu – Miloş Yojiç, Yakub Blaşikovski, Kevin Qroysroys, Oliver Kirh, Miçel Lanqerak, Marian Sarr, Zlatan Alomeroviç, Jeremi Dudjak, Mustafa Amini və Kevin Kempl isə karyeralarına başqa klublarda davam etdirəcək.
Elə Dortmund təmsilçisinin baş məşqçisi Tomas Tuxel də komandanı bu mövsümdən çalışdırmağa başlayıb. O, bu postda Yürgen Kloppu əvəz edib.
Almaniya klubunun iştirak ərizəsi isə belədi:
Qapıçılar: Roman Vaydenfeller, Roman Bürki, Hendrik Bonmann, Dominik Raymann
Müdafiəçilər: Pak Çu Ho, Neven Subotiç, Mats Hummels, Sokratis Papasdoplulos, Lukaş Pişek, Mattias Ginter, Marsel Şmelser, Paskal Ştençel, Erik Durm
Yarımmüdafiəçilər: Sven Bender, Yonas Hofmann, İlkay Gündoğan, Adnan Yanuzay, Henrik Mixitaryan, Marko Roys, Moriç Lyatner, Nuri Şahin, Sindzi Kaqava, Qonsalo Kastro, Feliks Passlak, Cenis Burçin, Yulian Vayl, David Zauzrland
Hücumçular: Pyer-Emerik Obameyanq, Adrian Ramos
Yunanıstan təmsilçisi PAOK da dortmundlular kimi 29 futbolçunun adını iştirak ərizəsinə daxil edib. Bu komandada 8 müxtəlif ölkədən 1, Portuqaliya və Slovakiyadan 2 legioner var. Maraqlıdı ki, heyətin az qala tən yarısı – 13 nəfər komandaya cari mövsümün əvvəlində qoşulub. Marin Leovaç, Jayro da Silva, Dimitar Berbatov, Stelios Malezas, Qoyko Çimirot, Harilaos Harisis, Harri Rodriqes, Robin Olsen, Nikos Korovesis, Erik Sabo komandaya bu il transfer olunubsa, Yannis Mistakidis, Nikos Melissas və Dimitris Pelkas icarədən qayıdıb.
Komandanın baş məşqçisi, məşhur xorvatiyalı İqor Tudor da cari mövsümdən bu vəzifəyə təyin edilib. O, Georgios Giorgidisi əvəz edib.
Ellada təmsilçisinin ümumi iştirak ərizəsi isə belədi:
Qapıçılar: Robin Olsen, Nikos Melissas, Panaytos Qlikas
Müdafiəçilər: Yannis Skondras, Marin Leovaç, Stelios Malezas, Migel Vitor, Rikardo Koşta, Dimitis Konstantinidis, Georgios Çavellas, Stellios Kiçiu
Yarımmüdafiəçilər: Aleksandros Çiolis, Eyal Qolasa, Robert Mak, Qoyko Çimirot, Harilaos Harisis,Panayotis Deliyannidis, Harri Rodriqes, Erqyus Kaçe, Yannis Mistakidis, Nikos Korovesis, Erik Sabo, Dimitris Pelkas, Kiriakos Savvidis, Elefterios Antonis, Stilianos Pozoğlu
Hücumçular: Jayro da Silva, Dimitar Berbatov, Stefanos Atanasiadis
31 futbolçunun adını iştirak ərizəsinə salan Rusiyanın "Krasnodar" klubu isə Stefan Strannberq, Dimitri Torbinski və Fyodr Smolovu bu mövsüm heyətinə qatıb. Ötən il icarə əsasında başqa klubda çıxış edən Nikolay Markov cari çempionatda yenidən krasnodarlıların heyətində çıxış edəcək.
Şimal təmsilçisi mövsüm başlamamış 25 (!) futbolçu ilə yollarını ayırıb. Bunlardan ikisinin icarə müddəti bitibsə, biri də başqa komandaya icarəyə verilib. Həmçinin, 1 futbolçu da karyerasını başa vurub. Ötən mövsümü başqa klublarda icarə əsasında çıxış edən futbolçulardan 5-i növbəti mövsümdə bu qayda ilə ayrı komandaların şərəfini qoruyacaq. Yerdə qalan 16 futbolçu başqa klublara transfer olunub. Heyətdə 8 müxtəlif ölkədən 1, Brazilyadan isə 3 legioner futbolçu var.
Krasnodarlıların ümumi iştirak ərizəsi belədi:
Qapıçılar: Andrey Dikan, Denis Kavlinov, Andrey Siniçın
Müdafiəçilər: Stefan Strannberq, Artur Yenceyçik, Andreas Qrankvist, Nikolay Markov, Vitali Kaleşin, Raqnar Siqurdsson, Vitali Strejko, Aleksandr Marçenko, Maksim Starkov, Vasili Çerov, Leo Qoqliçidze
Yarımmüdafiəçilər: Dimitri Torbinski, Pavel Mamayev, Yuri Qazinski, Odil Axmedov, Vladimir Bıstrov, Rikardo Laborde, Maurusio Pereyra, İlya Jiqulyev, Andrey Batyutin, İlya Borisov, Sergey Petrov
Hücumçular: Ari, Vanderson, Dimitri Bakay, Pavel Bakay, Pavel Maruşko, Dimitri Vorobev, Fyodr Smolov
Avropa Liqasının qrupunda mübarizə aparacaq “Qarabağ” da “Qəbələ” kimi iştirak ərizəsini UEFA-ya təqdim edib. Ancaq maraqlıdı ki, ağdamlıların hansı heyətlə mübarizə aparacağı hələ bəlli deyil. Siyahı açıqlanmadığından “Tottenhem”, “Monako” və “Anderlext”də nə kimi dəyişikliklərin olduğunu dəqiq bilmirik. Növbəti yazıda J qrupu haqda da sizi bilgiləndirəcəyik.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp