Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Xəzər Lənkəran" bir müddət hazırlıq keçdikdən sonra istirahətə buraxılıb. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi sentyabrın 5-dən hazırlıqlarına davam edəcək. 
Heyətlə bağlı komandada ciddi itki yoxdu. Yalnız yeni transfer Dieqo Souza sıradan çıxıb. Lakin brazilyalı yarımmüdafiəçinin zədəsi elə də ciddi deyil. Onun sentyabrın 12-də Premyer Liqanın 4-cü turu çərçivəsində "Qarabağ"la oyuna kimi sağalacağı gözlənilir. 
Qeyd edək ki, cənublular bir neçə gün öncə əvəzedici komandası ilə yoxlama matçında qüvvəsini sınamışdı. Qarşılaşma əsas komandanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp