Türkiyənin "Qalatasaray" klubu Beynəlxalq İdman Arbitraj məhkəməsinə (CAS) müraciət edəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb "sarı-qırmızılılar"ın yeni transferi Kevin Qrosskroytsun adını iştirak ərizəsinə sala bilməməsidi.
İstanbul təmsilçisinin iddiasına görə, onlar futbolçunun transfer sənədlərini vaxtında FİFA-ya göndəriblər. Elə alman müdafiəçi də məsələ ilə bağlı CAS-a müraciət etmək fikrindədi. Əgər hər iki tərəfin müraciəti müsbət cavablanmasa, futbolçu yanvara kimi "Cim-Bom"un heyətində heç bir rəsmi oyunda meydana çıxa bilməyəcək. 
Qeyd edək ki, Qrosskroyts "transfer pəncərəsi"nin son günü İstanbula gətirilib. Amma onun sənədləri FİFA-ya tam şəkildə yollanmadığı üçün ali futbol qurumu bu transferi təsdiq etməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp