Bu gün Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Xorvatiyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, matçdan öncə bit neçə azarkeş qrupu ilə AFFA nümayəndələri arasında problem yaşanıb.  
Belə ki, rəsmi qurumdan bir neçə azarkeş qrupuna ödənişsiz bilet təqdim ediləcəyi söz verilsə də, federasiya nümayəndələri vədinə xilaf çıxıb. Belə ki, fan-klub rəhbərlərinə saat 19:00-da bilet veriləcəyi deyilsə də, bu baş tutmayıb. Onlara yalnız matçın başlamasına bir neçə dəqiqə qalmış biletləri paylaya biləcəklərini söyləyiblər. 6-7 fan-klubun rəhbərləri isə bunun mümkünsüz olduğunu söyləyir. Çünki hər fan-klubdan 100-150 nəfər olduğunu nəzərə alsaq, eyni vaxtda bu qədər azarkeşin arenaya daxil olması sadəcə, mümkünsüzdü. Görünür, qrum rəsmiləri satılmayan biletləri fan-klublara verməklə onların hesabına tribunaları doldurmaq istəyir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp