Bu dəqiqələrdə davam edən Azərbaycan – Xorvatiya matçının startında tribunada maraqlı olaylar yaşandı. Bir qrup qonaq azarkeşin qapı arxasındakı tribunada yer almasından sonra ara qarışdı. 
Öz hesabına bilet alaraq, oyuna gələn xorvat fanatlar bizimkilərə söz duelinə çıxdı. Münaqişə qonaqların bir neçə banner açmasından sonra yaşandı. Hadisə yerinə özünü çatdıran polis həm plakatları yığışdırdı, həm də yerli fanatları başqa tribunaya köçürtdü. Bundan sonra ara sakitləşdi, qonaq fanatlar isə matçı polislərin əhatəsində izləməli oldu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp