Bu gün Avropa Çempionatının (AÇ-2016) seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisini evdə Xorvatiya ilə 0:0 bərabərəqalıb. 
Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Niko Kovaç mətbuat konfransı keçirib. Mütəxəssis heç-heçəni belə şərh edib:
– Biz 90 dəqiqə qol vurmaq üçün çalışdıq. Amma bunu edə bilmədik, üstünlük bizdə idi. Azərbaycan düzgün müdafiə olundu. Prosineçkinin gəlişindən sonra irəliləyiş hiss olunur. 
– Bu gün komandanızın hücum xətti zəif təsir bağışladı. Mancukiç bir çox şansdan yararlana bilmədi. Rəqibi dəyərləndirməmişdi, ya necə? 
– Bir neçə futbolçu şansdan istifadə edə bilmədi. Azərbaycan düzgün müdafiə olunmuşdu. Amma oyunboyu 8-9 şannsdan istifadə edə bilmədik.
– Millimizin pley-off şanbslarını necə dəyərləndirərdiniz?
– 5 xalınız var. Fikrimcə, bu çox çətin olacaq. Amma yanıla da bilərəm.
– Modriçin tez əvəzlənməsi nə ilə bağlıdı?
– Bizi 3 gündən sonra çətin oyun gözləyir. Ona görə Modriçi əvəzlədim. Sonda fürsətdən istifadə edib, millinizi təbrik edirəm. 1 xala layiq idiniz.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp