Bu gün Avropa Çempionatının (AÇ-2016) seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisini evdə Xorvatiya ilə 0:0 bərabərəqalıb. 
    
Qarşılaşmadan sonra qonaqların ulduz futbolçusu Luka Modriç açıqlama verib. Kapitan heç-heçəni belə şərh edib:
"Yaxşı oynaya bilmәdik. Müәyyәn sәhvlәr etdik. Bu sәhvlәrә baxıb, nәticә çıxarmaq lazımdı. Azәrbaycan millisinin dә әmәyini qiymәtlәndirmәk lazımdı. Onlar bizә qarşı yaxşı oynadılar. Hәr hansı futbolçunu qeyd etmәk istәmәzdim. Komanda şәklindә yaxşı çıxış etdilәr"
Xorvat ulduz "Bәlkә, gücünüzü Norveçlә oyun saxlamısız"sualına belә cavab verib: "Yox , qәtiyyәn belә düşünmürәm. Bu oyunda qәlәbә qazanmalıydıq ki, Norveçlә oyuna rahat çıxaq".
Modriç qeyd edib ki, Prosineçki Xorvatiya millisini tanısa da, oyunu futbolçular oynayıb: "Prosineçki yaxşl komanda qurub. Amma meydanda futbolçular oynadı".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp