Bu gün Avropa Çempionatının (AÇ-2016) seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisini evdə Xorvatiya ilə 0:0 bərabərəqalıb. 
    
Qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Robert Prosineçki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis heç-heçəni belə şərh edib:
– Oyunçularımla fəxr edə bilərəm. Rəqibimiz Avropanın ən güclülərindəndi. Komandam mübarizə apardı. Məncə, bu, Azərbaycan fiutbolu üçün yaxşı nəticədi. Bizi 3 gün sonra çətin oyun gözləyəir. Bütün azarkeşlərə təşəkkürmü bildirmək istəyirəm. 
– Məhəmməd Qurbanova güvənməyinizə səbəb nə oldu? Halbuki, ehtiyatda son vaxtlar "İnter"də özünü yaxşı tərəfdən göstərən Rauf Əliyev var idi…
– Bu suala cavab vermək istəmirəm.
– Modriç matçdan əvvəl söz işlətmişdi ki, Prosineçkinin Xorvatiya millisi haqqında xəbəri çox olsa da, bunun ona xeyri olmayacaq. Xeyri oldu, ya yox?
– Xeyri oldu, amma mənə ilk növbədə komandamın çıxışı 1 xal almağa imkan verdi. Rəqibin futbolçularının hansı klublarda oynadığnı bilirsiniz.
– Milimiz ilk dəfədi ki, ardıcıl 3 rəsmi oyunda qapısından top buraxmır. Bu göstərici sizin üçün nə deməkdi?
– Futbolçularım düzgün çalışır. Rəqib İtaliya xaric, bütün komandaları məğlub edib. İlk oyunda da səfərdə 0:6 hesabı ilə məğlub olmuşduq.  Futbolçular öz üzərində düzgün işləyir, nəticəsini görürük. Bütün Azərbaycan futbolçuları ilə fəxr etməlidi.
– Belə oyunla Maltaya qarşı nəyə ümid edə bilərik?
– Deyəsən, siz Xorvatiyanın tam gücünü bilmirsiniz. Malta ilə oyunda əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Amma gərək indi Xorvatiya ilə oyunda qazanılan 1 xalın sevincini yaşayaq. 
– 1 il öncə 6:0 uduzduğumuzu komandaya qarşı futbolçuları psixoloji cəhətdən hazırlamaq sizin üçün çətin olmadı?
– Bugünki oyundan əvvəl 2 matçda çıxış etmişik. Komanda özünə gəlib. Biz lazımi məşq prosseləri keçmişik. Futbolçularla da təkbətək görüşmüşəm. İndi də onun nəticələrini gördük. 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp