Bu gün Avropa Çempionatının (AÇ-2016) seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisini evdə Xorvatiya ilə 0:0 bərabərəqalıb. 
    
Qarşılaşmadan sonra yığmamızın AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. Federasiya rəhbəri heç-heçəni belə şərh edib:
"Komandamız bu gün yaxşı çıxış etdi. Zarafat deyil, Avropanın sayılıb-seçilən komandalarında biridi. Heyətində yetərincə güclü futbolçular var. Belə komanda ilə eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədi. Futbolçuları təbrik edirəm. Oyundan öncə demişdim ki, bu komanda ilə ilk matçda fasilədən sonra stadionu tərk etmişdim, bu dəfə elə edin ki, əvəzini çıxın".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp