Sentyabrın 6-da keçiriləcək Malta – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək.
Harald Lexnerin baş hakim olacağı görüşdə Maksimillian Kolbiç və Andreas Staudinger laysman funksiyasını icra edəcək. Matçın 4-cü hakimi Andreas Haydenrayxdı.
Görüşün hakim-inspektoru finlandiyalı Yuni Hittia, UEFA nümayəndəsi isə portuqaliyalı Alvaro Albino olacaq.
Shares: