Ötən gün Avropa Çempionatının (AÇ-2016) seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisini evdə Xorvatiya ilə 0:0 bərabərəqalıb.
"Bakcell Arena"dakı oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib. Federasiya rəsmisi Azərbaycan millisinin sabiq almaniyalı çalışdırıcısı Berti Foqtsla bağlı da danışıb. O bildirib ki, Foqts hər oyundan öncə və ya sonra ona mesaj yazır:
“Berti Foqts gedəndən sonra bizimlə maraqlanır. Bundan əvvəlki oyunlarda da təbriklər yazıb (telefonunda Berti Foqtsun mesajlarını göstərir). Xorvatiya ilə oyundan öncə də mənə mesaj yazmışdı. Bu o deməkdir ki, onun ürəyi hələ də bizimlədi”.