Bu gün Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ilk turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 4 qrupda 8 qarşılaşma baş tutub.
 
E qrupunda "Roma" öz meydanında "Barselona"nı qəbul edib. Digər görüşdə isə "Bayer" BATE-ni sınağa çəkib.
"Dinamo" (Zaqreb) evdə F qrupunun favoritlərindən sayılan "Arsenal"la üz-üzə gəlib. "Bavariya" isə "Olimpiakos"un qonağı olub.
Son İngiltərə çempionu "Çelsi" doğma meydanda "Makkabi" ilə qarşılaşıb.  G qrupundakı digər matçda isə Kiyev "Dinamo"su evdə "Portu"dan xal almaq uğrunda meydana çıxıb.
H qrupunda yer alan Rusiya "Zenit"i isə səfərdə "Valensiya"dan üstün olmağa çalışacaq. Digər görüş Belçikada baş tutacaq. "Gent" doğma meydanda "Lion"u qonaq edəcək.
Çempionlar Liqası, qrup mərəhələsi
I tur
16 sentyabr
E qrupu
"Roma" (İtaliya) – "Barselona" (İspaniya) -1:1
QOL: Florensi, 30 – Suarez, 21
"Bayer" (Leverkuzen, Almaniya) – BATE (Belarus) – 4:1
QOL: Mehmedi, 4, Çalhanoğlu, 47, 75 (pen.), Hernandez, 59 – Milunoviç, 14
F qrupu
"Dinamo" (Zaqreb, Xorvatiya) – "Arsenal" (İngiltərə) – 2:1
QOL: Pivariç, 24, Fernandez. 58 – Uollkot, 75
"Olimpiakos" (Yunanıstan) – "Bavariya" (Almaniya) – 0:3
QOL: Müller, 52, 90+3, Götze, 89
 
G qrupu
"Çelsi" (İngiltərə) – "Makkabi" (Təl-Əviv, İsrail) – 4:0
QOL: Villian, 15, Oskar, 45, (pen.), Kosta, 58, Fabreqas, 78
"Dinamo" (Kiyev, Ukrayna) – "Portu" (Portuqaliya) – 2:2
QOL: Qusev, 20, Buyalski, 89 – Abulbakar, 23, 81
H qrupu
"Valensiya" (İspaniya) – "Zenit" (Rusiya) – 2:3
QOL: Kanselo, 55, Qomes, 73 – Halk, 9, 45, Vitsel, 76
"Genk" (Belçika) – "Lion" (Fransa) – 1:1
QOL: Miliçeviç, 68 – Jalet, 58
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp