Bu gün "Bakcell Arena"nın konfrans zalında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Yunanıstan PAOK-una qarşı sabah baş tutacaq oyun öncəsi mətbuat konfransı keçirilib. Futbolinfo.az xbər verir ki, ukraynalı mütəxssis məsul oyun öncəsi ehtiyatlı danışıb: 

– Pley-offda da, indi də Yunanıstan təmsilçisinə qarşı oynayırsınız. "Qəbələ"nin bu oyunlara motivasiya baxımından fərq varmı?
– Yox, fərq yoxdu. Əvvəl qrupa düşmək uğrunda mübarizə aparırdıq. İndi is hər xal növbəti mərhələ üçün böyük əhəmiyyət kəsb edir.
– Heyətdə Rafael Santosdan başqa problem varmı?
– Ancaq Santos problemimiz var. Digr futbolçular sağlamdı və sabahkı oyuna hazırdılar.
– Cavadov, Meza Kolli və Pereyra oyuna hazırdılarmı?
– Tam olmasalar da, deyə bilərəm ki, hazırdılar. İstisna etmirəm ki, hansınısa sabah meydanda görəcəksiniz.
– Rəqib barədə hansı məlumatı toplaya bilmisiniz?
– Çox şeyi bilirik. Yeni baş məşqçi gəlib. Ancaq tək əldə etdiyimiz məlumatlarla kifayətlənməcəyik. Ancaq yenilik görəcəyimizə də hazırıq.
İlk mərhələlərdə komandanız iki oyunun nəticəsinə hesablanan futbol sərgiləyirdi. Sabah "Qəbələ"ni fərqli simada görəcəyik?
– Çox ciddi sualdı. Geniş cavab tələb edir. Çalışacam lakonik cavab verim. İlk mərhələlərdə komandamızda anlaşma, futbolçuların durumu istədiyimiz səviyyədə deyildi. Ancaq bu gün biz püxtləşmişik. İndi ciddi rəqiblərə qarşı əks-arqumentlər qoymaq iqtidarındayıq. Hesab edirəm ki, sabahkı oyunda düşünmə sürəti mübarizəsi gedəcək. Ancaq biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
– Ruslan Abışovu ötən mövsümün sonunda yola saldınız. İndi isə yenidən geri qaytardınız…
– Bütün lazımı transferləri etməmişdik. Müdafiəçi çatışmazlığımız var idi. Avrokuboklarda cəmi iki mərkəz müdafiəçimiz iştirak edə bilir. Heç olmasa çempionatda alternativimiz oldu. 
– Amma Ruslan komandadan ayrıldıqdan sonra Sizi günalandırmışdı ki, yerlilərinizi qoyub, onu oynatmazsınız.
– İnsanlar səhv edə bilər. Hesab edirm ki, bu, onun səhvidi. Ancaq bu, bizim münasibtlərə zərrə qədər də təsir edə bilməz.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp