Yunanıstan "Panatinaikos"u ilə görüşdə səfərdə dubl edərək, təmsilçimizin qrup mərhələsinə çıxmasında müstəsna pay sahibi olan Dodo, sabahkı oyunda da digr yunan təmsilçisini məyus etməyə çalışacağını bildirib. Futbolinfo.az xəbr verir ki, braziliyalı yarımmüdafiəçi "150-200 faiz", dedi:
"Sabahkı oyunda 100 deyil, 150-200 faiz döyüşəcəyimə söz verirəm. Azarkeşlərə səslənirəm və bildirirəm ki, həmişə olduğu kimi, "Qəbələ" üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Özü də tək mən yox, sabah meydana çıxacaq hər bir komanda yoldaşım bütün bacarığını ortaya qoyacaq".
 
Qeyd edək ki, "Qəbələ" – PAOK qarşılaşması sabah saat 22:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp