Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah baş tutacaq "Qəbələ" – PAOK matçı öncəsi Yunanıstan təmsilçisinin baş məşqçisi İqor Tudor mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis müsbət nəticəyə ümid etdiyini bildirib.
 
Sabahkı oyunda Erqiz Kaçenin iştirak etməməsi nə dərəcədə əhəmiyyətli olacaq?
– O, bizim üçün önəmli futbolçudu. Ancaq heyətimizdə istənilən futbolçunu əvəz etməyə qadir oyunçularımız var.
 
– "Qəbələ"ni nə dərəcədə ciddi rəqib hesab edirsiniz?
– "Panatinaikos" kimi komandanı sıradan çıxaran klub zəif ola bilməz. Onların hücumları çox təhlükəli olur. Fərdi qaydada da çox təhlükəlidilər. Əlbəttə, müsbət nəticə əldə etməyə çalışacağıq. Ancaq bunu gözəl oyunla əldə etməyə çalışacağıq.
 
– Evdə böyük hesabla qələbləri sıralayan PAOK səfrdə inamsız təsir bağışlayır…
– Biz səfrdə də yaxşı futbol göstərmişik. Sadəcə, nəticə və sərgilənən futbol həmişə üst-üstə düşmür. Sabah da qələbəyə oynamağa çalışacağıq.
 
– "Panatinaikos"un qapısına 2 qol vuran Dodoya qarşı hansı tədbirləri görməyi düşünürsünüz?
– Əlbəttə, bundan xəbərim var. Amma detallara varmaq istəmirəm. Biz rəqibi kifayət qədər incələmişik.
 
– Fakundo Pereyranın komandanıza qarşı xüsusi motivasiya ilə oynayacağını düşünmürsünüz?
– Razılaşıram. O, yaxşı futbolçudu. Bizə məxsus olsa da, hazırda "Qəbələ"nin uğurları üçün çalışır. Ona bütün oyunalarda uğurlar diləyirəm. Ancaq sabahkı görüşdən başqa.
 
– "Qəbələ"nin ötən turda Yunanıstan tmsilçisini sıradan çıxardığına görə psixoloji təzyiq hiss etmirsiniz?
– Hər bir oyundan öncə psixoloji təzyiq hiss edirik. Bu, təbiidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp