Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” Londonda yerli “Tottenhem”in qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, bu gün  “Qarabağ” baş məşqçisi Qurban Qurbanov mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb:
 
– Sabah bizi çətin oyun gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirik ki, hər şey bizim üçün yaxşı nəticələnəcək. Ardıcıl 2-ci ildi ki, Avropa Liqasının qrup mərhələsində çıxış edirik. Məşqçi kimi bu mənim üçün böyük təcrübədi. Belə qrupda mübarizə aparmaq təcrübədi. Oyuna həvəslə hazırlaşmışıq. Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq".
– İlk dəfə ingilis klubu ilə qarşılaşacağıq. Bu sizin üçün nə kimi çətinlik yarada bilər. Rəqibin hansı keyifiyyəti sizi narahat edir?
– Rəqib baş məşqçi İspaniyada çalışmış argentinalıdı. İngilis futbolundan fərqli fəlsəfəsi var. Bizim düşündüyümüz ingilis futbolundan fərqli bir futbol olacaq. Ola bilər müdafiədə ingilis oyunu oynasalar da, hücumda fərqli çıxış edirlər. 
– Azərbaycanda bu cür iqlim şəraiti az olur. Amma ingilislər üçün bu adi haldı. Bu, çıxışınıza nə kimi təsir edəcək?
– Sabahı bilmək olmur necə olacaq. Bizim üçün məncə, maraqlı olacaq. Ola bilər hansısa çətinliklər oldu. 
– Maksim Medvedevi sabah meydanda görəcəyik?
– Açığı bu haqda qərarı sabah verəcəm. Hələ vaxtımız var. 
Yeni transferlərdən hər hansı birini meydanda görə bilərik?
– İlk dəqiqələrdə olmasa da matçın gedişin də mümkündü. 
– Rəqib “Qarabağ”ı böyük komanda adlandırdı. Bu haqda nə deyə bilərsiniz?
– Bu rəqibin bizə hörmətidi. Biz də rəqiblərə heç vaxt yuxarıdan aşağı baxmamışıq. Rəqibin bizə qarşı ciddi yanaşmasının göstəricisidi.
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp