Çempionlar Liqasının qrup mərhələsində Ukaraynanın "Şaxtyor" klubuna qarşı keçirilən matçda zədələnən "Real"ın müdafiəçisi Serxio Ramosun çiyni çıxıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.
 
Belə ki, tibbi müayinədən keçən Ramosun çiyninin çıxdığı məlum olub. O, 1 ay yaşıl meydanlarda uzaq qalacaq.
 
Qeyd edək ki, ötən gecə keçirilən "Real" – "Şaxtyor" görüşü madridlilərin 4:0 hesablə qələbəsi ilə başa çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp