UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində sabah Londonda “Tottenhem”lə qarşılaşacaq "Qarabağ"ın futbolçusu Riçard Almeyda oyun haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi özlərinə inandıqlarını deyib:
 
“Avropa Liqasının qrup mərhələsində yenidən iştirak edəcəyimiz üçün şadam. Sabah bizi çətin oyun gözləyir. Ancaq mən də, komanda yoldaşlarım da yaxşı hazırlaşmışıq və özümüzə inanırıq. Matçın sonunda hər şeyin bizi sevindirəcəyini ümid edirik”.
 
Qeyd edək ki,  "Tottenhem" – "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp