“Neftçi” klubu Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran”la keçiriləcək oyuna hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda bu gün hazırlıq çərçivəsində əvəzedici heyətlə qarşılaşıb. 
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutmuş yoxlama oyununda əsas və əvəzedici komandaların bütün futbolçularına şans verilib. Görüş Samir Əliyevin yetirmələrinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı sentyabrın 20-də “Bakcell Arena” stadionunda keçiriləcək və saat 21:00-da başlanacaq.
 
(klub saytı)
 

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp