Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” Londonda yerli “Tottenhem”in qonağı olacaq. Dünən Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev futbolinfo.az saytına matçla bağlı fikirlərini bildirib:
“Sabah bizi çətin oyun gözləyir. “Qarabağ”ın adına layiq oyun göstərməyə çalışacağıq. Düşünürəm ki, oyuna tam hazırıq. Fikrimcə, yaxşı bir qarşılaşma olacacaq. Ehtiyatı əldən buraxmamağa çalışacağıq. Amma tam müdafiəyə çəkiləcəyimizi də demək olmaz. Oyun sistemimizi bilirik. Yenə də eyni qaydada çıxış edəcəyik. Fərqli bir dəyişiklik olmayacaq. Oyuna marağın çox olması bizi sevindirir və qarşılaşmaya daha da ciddi hazırlaşmağa vadar edir. Futbolçularımız ilk dəfə deyil ki, bu cür azarkeşlər qarşısında çıxış edəcək. Bu bizi qorxutmur”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp